Pakistanda 3 nəfərdə meymun çiçəyi virusu aşkarlanıb


Pakistanda bu il ilk dəfə 3 nəfərdə meymun çiçəyi virusu (mpox) aşkarlanıb.



"Geo News" televiziyasında yer alan xəbərə görə, Hayber Paxtunxva əyalətinin səhiyyə rəsmiləri Körfəz ölkəsindən gələn 3 nəfərdə meymun çiçəyi virusu aşkarlandığını açıqlayıb.

Səhiyyə Nazirliyinin sözçüsü Sacid Şah açıqlamasında bildirib ki, bu insanlarda viral infeksiyanın yüngül simptomları var, lakin yoluxmanın qarşısını almaq üçün kontakt axtarışı aparılıb. Şah bildirib ki, nümunələr təsdiqlənmək üçün Milli Səhiyyə İnstitutuna göndərilib.

2023-cü ilin aprelindən bəri Pakistanda 11 mpox yoluxması qeydə alınıb, onlardan biri ölümlə nəticələnib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu