Gecikmiş etiraflar: 2018-ci il may hadisələri Ermənistanın daxili siyasətində




Bu günlərdə keçmiş prezident Serj Sarkisyanın kürəkəni, Vatikanda 2018-ci ilin payızınadək Ermənistanın səfiri Mikael Minasyan hazırkı baş nazir Nikol Paşinyanı xəyanətdə ittiham edən videomüraciət yayınlamışdır. Tez bir zamanda həmin müraciəti eks-prezident Sarkisyanın və onun Respublikaçı Partiyasının media ruporu olan News.am portalında yayınlanmışdır. Hələ ki, nə Nikol Paşinyan, nə də höküməti dəstəkləyən resurslar bu müraciətə cavab verməyiblər.



Təbii ki, bütün bunlar Ermənistanın daxili işidi, lakin düşmən ölkənin daxili siyasi həyatı, ordakı hadisələr obyektiv olaraq bizim üçün maraqlıdır. Ura-patriotizm, “erməni əzmi” və sair bu kimi erməni cəmiyyətinin öxünəməxsus yanaşmalarını qırağa atsaq Minasyanın müraciətindəki bəzi məqamlar maraqlıdır. Minasyan erməni cəmiyyətində fobiya halını almış “türklərlə anlaşdılar, bizi satdılar” ştampını istismar edib əhalini qorxutmaq, siyasi opponentləri isə diskreditasiya etmək üsulundan istifadə edərək Paşinyanın düşərgəsini gözdən salır. Yəni bu yeni hal deyil, bəzən elə əks qüvvələr də eyni taktikadan istifadə edirlər və bu daha çox erməni siyasi məkanındakı diskursun keyfiyyətinin göstəricisidir.

Bəs Minasyanın açıqlamalarında bizə nə maraqlıdır?!

Birincisi və vacib olanı Azərbaycan prezidenti, əsgəri öz fəaliyyəti ilə artıq Ermənistanın daxili siyasətində ciddi faktor olduğu faktdı. Prezident İlham Əliyevin 2018-ci ilin yazındakı Ermənistandakı siyasi böhran zamanı ustalıqla həyata keçirdiyi siyasət, reaksiyası erməni cəmiyyətindəki uzun illər hərbi xuntanı və ona xidmət edən siyasi qüvvələri iqtidardan endirməkdə əsas amil oldu. Azərbaycan lideri 2016-ci ilin aprelində nokauta saldığı Serj Sarkisyan rejimi özünə gələ bilmədi və səhnədən çəkildi. Ona görə yuxarıda qeyd oludunuğu kimi Azərbaycan ordusunun Ermənistanın daxili siyasətindəki faktor olduğunu faktdır.

İkincisi Minasyan açıqlamaları ilə Azərbaycan ordusunun 2018-ci ilin may ayındakı Naxçıvan istiqamətində qazandığı qələbələri gec də olsa etiraf etmək idi. Təbii ki, hazırda İrəvanda iqtidarda olanlar bunu məlum səbəbdən edə bilmirlər. Hərçənd, 2018-ci il iyun ayında, Günnüt zəfərindən sonra təzəcə hakimiyyətə gəlmiş Paşinyan hökümətinin bəzi üzvləri Naxçıvan istiqamətindəki uğursuzluqları əvvəlki rejimin fəaliyyəti ilə əlaqələndirirdilər, lakin sonradan bu mövzu Ermənistanda bir növ tabu qoyuldu və müzakirələr tək ictimai sektor və akademik dairələrdə aparıldı. İndi iki il keçəndən sonra mənzərə daha açıq görünməyə başlayır və hər nə qədər bu mövzu daxili siyasi çəkişmənin aləti kimi istifadə olunsa da əsas məqamlar aydındır:

2018-ci ilin mayında Azərbaycan ordusunun Naxçıvan eksklavının şimal-qərbindəki həyata keçirdiyi uğurlu əməliyyatı faktı siyasi reallıqdır və gec də olsa erməni tərəfi bunu qəbul etmək məcburiyyətində qaldı;

Həmin əməliyyatlar zamanı əldə edilən uğurlar taktiki deyil, məhz strateji əhəmiyyət daşıdığını erməni siyasi elitası da qəbul və dərk etməkdədir.

Azad olunan bölgənin strateji əhəmiyyəti (ermənilərin etiraf etdikləri kimi Azərbaycan ordusunun İrəvan-Gorus İrəvan-Gorus-Mehri yoluna atəş nəzarəti imkanının qazanması, bir sıra vacib yüksəkliklərin itirilməsi və s.) potensial hərbi əməliyyatlar teatrında strateji təşəbbüsün Azərbaycan tərəfinə keçmişdir;

Naxçıvan muxtariyyətində Azərbaycan tərəfinin artan hərbi imkanları ermənilər üçün ciddi təhdid olacağı və əlavə resursların (hərbi və daha çox maliyyə) axtarılması problemini ortaya qoydu.


Görünən odur ki, qarşıdakı dövrdə Ermənistandakı daxili siyasi çəkişmənin hərarəti artdıqca erməni tərəfinin keçmiş siyasi və hərbi uğursuzluqları fonunda buna bənzər adekvat reaksiyalarının şahidi olacağıq.

Anar İbrahimov



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu