Sarkisyanla qiyamçı general Qasparyan arasında SENSASİON telefon danışığı yayıldı


Ermənistan Milli Təhlükəsizlik Xidməti ordunun Baş Qərərgah rəisi Onik Qasparyanla keçmiş prezident Serj Sarkisyanın telefon danışığını dinləyərək, lentə alıb.



Bu iddia ilə Ermənistanın Vatikandakı keçmiş səfiri, Serj Sarkisyanın kürəkəni Mikael Minasyan çıxış edib. Minasyan, sosial media hesabında yazdığı statusunda telefon danışığının bir neçə ay öncəyə aid olduğunu bildirib.

"Paşinyan mitinqdə Serj Sarkisyan və Onik Qasparyanın telefon danışığı haqda bir anons verdi. Bir neçə ay öncə Ermənistan MTX Sarkisyanla Qasparyanın telefon danışığını izləyərək lentə aldı. MTX rəhbəri Abazyan Nikol və Annanın şəxsi xidmətində olduğundan dərhal bu səs yazısını onlara ötürdü və bu tezliklə ictimaiyyətə açıqlanacaq. Bu telefon danışığında nələrin müzakirə olunduğu haqda xəbərim yoxdur, amma MTX mənbələri danışığın son hadisələrlə heç bir əlaqəsi olmadığını bildirirlər", deyə Sarkisyanın kürəkəni qeyd edib.

Qayınatasının müdafiəsinə qalxan Mikael Minasyanın iddiasına görə, müharibə zamanı hərbçilər daim Serj Sarkisyanla görüşərək, onunla məsləhətləşiblər.

"Müharibə zamanı hər üç keçmiş prezidenti dəvət edib, ya telefonla danışıb onlarla məsləhətləşirdilər. Biri ilə daha çox və ya digəri ilə daha az əlaqə qururdular. Çünki zəng ediləcək başqa bir adres yox idi. Əminəm ki, Qasparyan dinləndiyini bilirdi və qəsdən açıq danışırdı. Nəticə etibarilə Sarkisyana dediklərini açıq məlumat hesab edirdi və ayrıca MTX-nin bu danışığı Paşinyana ötürməsini istəyirdi", deyə Minasyan bildirib.

Xatırladaq ki, dünən keçirdiyi mitinqdə Nikol Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanın keçmiş prezident Serj Sarkisyanın təkidi ilə hökumətə qarşı çıxdığını bəyan edib.//Avropa.info



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu