Qətər: İsrail və HƏMAS arasında danışıqlar hələ başlamayıb

Qətərin paytaxtında olan İsrail və HƏMAS nümayəndələri Qəzza zolağında münaqişənin həlli ilə bağlı danışıqlara faktiki olaraq başlamayıb.
AFN.az xəbər verir ki, bu barədə Qətər baş nazirinin müşaviri, Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari məlumat verib.
"İlk növbədə, qeyd edim ki, hər iki nümayəndə heyəti Dohadadır. Biz onlarla gələcək danışıqların çərçivəsi haqqında ayrıca danışırıq. Lakin danışıqların özləri hələ başlamayıb", - deyə o, keçirdiyi brifinqdə deyib.