“ABŞ “F-35”ləri hələ də bizə verməyib” - Ərdoğan


“Müdafiə sahəsindəki addımlarımızı başqa yerlərdən icazə alaraq atmırıq”.



“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazı sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Bayden administrasiyasının nə deyəcəyini bilmirik. Bizim bildiyimiz tək bir şey var. Birincisi, biz müdafiə sahəsindəki addımlarımızı hər hansı bir yerdən icazə alaraq atmırıq. Biz bir NATO ölkəsiyik. NATO ölkəsi olsaq belə birlikdə olduğumuz ölkələrin bizi yönləndirməsinə heç bir halda icazə vermərik.

“F-35” məsələmiz var. Biz bu məsələdə çox ciddi bir məbləğ ödədiyimiz halda “F-35”lər hələ də verilməyib. ABŞ-ın bizə qarşı etdiyi çox böyük bir yanlışdır. Cənab Baydenin vəzifəyə gəlməsi ilə daha müsbət addımlar atılacağına və bu məsələləri yoluna qoyacağımıza ümid edirəm”,- deyə Ərdoğan qeyd edib.(Qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu