Ermənistan prezidenti Təhlükəsizlik Şurasının iclasına qatılmadı


Ermənistanın baş naziri Nikol Paşinyanın başçılığı ilə martın 1-də Təhlükəsizlik Şurasının iclası keçirilib.



“Report” xəbər verir ki, məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti yayıb.

İclasda Ermənistanın daxili və xarici təhlükəsizliyinə dair məsələlər, onların həlli yolları müzakirə edilib.

Bildirilib ki, toplantıda Ermənistan prezidenti Armen Sarkisyan və Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Onik Qasparyan iştirak etməyiblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu