ABŞ Qəzzanın şimalına havadan humanitar yardım göndərib


ABŞ Mərkəzi Komandanlığı Qəzzanın şimalına 2700 kiloqramdan çox ərzaq və 855 tondan çox humanitar yardım atdıqlarını açıqlayıb.



CENTCOM-un X sosial media platformasında Qəzza ilə bağlı açıqlamalar verilib.

Açıqlamada Qəzzada mülki əhalinin əsas ehtiyaclarını qarşılamaq məqsədilə dünən yerli vaxtla saat 12.26-da bölgənin şimalına "C-130" tipli hərbi təyyarələrlə havadan humanitar yardım atma əməliyyatının həyata keçirildiyi bildirilib.

Qeyd olunub ki, əməliyyat zamanı Qəzzaya 2700 kiloqramdan çox ərzaq və 855 tondan çox humanitar yardım vasitələri atılıb.

Açıqlamada ABŞ-ın havadan humanitar yardımı davam etdirəcəyi vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu