İsrail ordusu Livan ərazisinə hava hücumu təşkil etdiyini açıqlayıb


İsrail Müdafiə Qüvvələri (IDF) bu gün səhər saatlarında Livanın şimal-şərqindəki Baalbek yaxınlığındakı Nabi Çit bölgəsinə hava zərbəsi endirdiyini təsdiqləyib.


İsrail ordusunun bəyanatına görə, zərbənin hədəfi Hizbullaha məxsus mühüm silah istehsalı obyekti olub.

Zərbənin İranın gecə hücumu zamanı Hizbullah tərəfindən İsrailin şimalına atdığı 40-a yaxın raketə cavab olaraq həyata keçirildiyi də qeyd edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu