Avstraliyada kilsədə baş verən bıçaqlı hücum terror aktı kimi araşdırılacaq


Avstraliyanın Yeni Cənubi Uelsin (NSW) Sidney şəhərində kilsəyə dünən törədilən və 4 nəfərin yaralanması ilə nəticələnən bıçaqlı hücumun terror aktı olaraq araşdırılacağı bildirilib.



ABC News-un məlumatına görə, NSW polis rəisi Karen Vebb dünən Sidneydə kilsəyə edilən hücumla bağlı açıqlama verib.

Vebb bildirib ki, şübhəli gəncin yaşadığı ünvana yaxın olmayan kilsəyə bıçaqla gedərək yepiskopu yaralaması hücumun qəsdən törədildiyini göstərir.

Hücumun terror aktı kimi qiymətləndirildiyini bildirən Vebb, şübhəlinin ifadələrinin hücumun dini motivli olduğunu göstərdiyini qeyd edib.

NSW Baş naziri Chris Minns hücumun terror aktı kimi qiymətləndirildiyini təsdiqləyib.

Avstraliyanın baş naziri Entoni Albanese məsələ ilə bağlı açıqlamasında ölkədə zorakılığa yer olmadığını bildirib.

Xatırladaq ki, ötən gün Avstraliyanın Sidney şəhərindəki "Xrist The Good Shepherd" Kilsəsində bıçaqlı hücumda yepiskop və 3 nəfər yaralanıb. Hücumu təşkil edən şəxs saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu