Türkiyə bayrağını cıran yunan millət vəkili cəzalandırıldı




Avropa Parlamenti Türkiyə bayrağını cıran yunan millət vəkili İoannis Laqosu cəzalandırıb.



“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, millət vəkili cərimələnib və 4 gün müddətinə parlamentin fəaliyyətinə qatılmamaq cəzası alıb.

Xatırladaq ki, Laqos Yunan adalarındakı miqrantların vəziyyətindən danışarkən “Yunanıstan vətəndaşlarının 70%-i qanunsuz miqrasiyaya qarşıdır. Ölkə xalqı miqrantların hücumuna məruz qalır. Bir tərəfdə Türkiyə var. Ölkəmizə axın-axın miqrantlar gəlir. Buna son verməliyik deyərək” kağızdan hazırlanmış bayrağı cırmışdı.

Bu isə Türkiyə ictimaiyyətinin böyük narazılığına səbəb olmuşdu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu