Çeçenistan FHN-in bütün işçiləri başını keçəl qırxdırdı: SƏBƏB+FOTO




Çeçenistan Fövqəladə Hallar Nazirliyinin bütün işçiləri Ramzan Kadırovdan sonra başını keçəl qırxdırıb.



Qaynarinfo xəbər verir ki, buna səbəb Çeçenistan Fövqəladə Hallar Nazirliyinin Ramzan Kadırovun başlatdığı "flash mob"a qoşulması olub.

Bundan əvvəl bərbərxanaların nə zaman açılacağıyla bağlı suala Kadırov saçını dibindən qırxıdıraraq cavab vermiş, bununla "flash mob" başlatmış olmuşdu.

Kadırov həmçinin qeyd edib ki, hələ keşmiş zamanlarda paklaşmanı simvolizə edən belə bir adət olub.

Fövqəladə Hallar Nazirliyinin mesajından göründüyü kimi, bölgə rəhbərinin nümunəsini demək olar, bütün işçilər təkrar edib.

Xilasedicilər estafeti başqa bölgələrdən olan həmkarlarına ötürdüklərini bildiriblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu