Türkiyədə saxta spirtli içkidən 44 nəfər ölüb


Türkiyənin 8 əyalətində saxta spirtli içkidən zəhərlənmə nəticəsində 44 nəfər ölüb.



AFN
xəbər verir ki, bu barədə “Hurriyet” bildirib.

Məlumata görə, 8 əyalətdə siptrli içkidən 50-yə yaxın sakin zəhərlənib.

Bildirilib ki,oktyabrın 9-dan indiyədək saxta alkoqollu içkidən İstanbulda 7, İzmirdə 18 nəfər ölüb.

Zəhərlənmə daha çox satış lisenziyası olmayan “Lord” adlı içkidən baş verir. Buna səbəb kimi həmin içkilərin qiymətinin ucuz olması göstərilir. İndiyədək saxta içki satmaqda şübhəli bilinən 58 nəfər saxlanılıb, onlardan 8-i həbs edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu