Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO




Gəncədə tanınmış tibb işçilərindən olan 3 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Cəmşid Abbasov vəfat edib.

Publika.az xəbər verir ki, bir müddət əvvəl koronavirusa yoluxan və Bakı şəhərindəki ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilən Cəmşid Abbasovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, aprel ayında Bakıda təcili yardım stansiyasının həkimi Zakir Xəlilov, Türkiyədə isə özəl xəstəxanada çalışan həmyerlimiz, həkim Tahir Bababəyli koronavirusdan ölüb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu