Xanım dünyada 10-cu, Vüqar Əsədli isə 18-cidir


FİDE mart ayı üçün gənclərin də (U-20) növbəti reytinq cədvəlini açıqlayıb.



Chess.az xəbər verir ki, gənclərin reytinq sıralamasının ilk yüzlüyündə ölkəmiz dörd şahmatçı ilə təmsil olunur. Ən yaxşı göstəriciyə Vüqar Əsədli malikdir. Gənc qrossmeysterimiz 2572 ELO xalı ilə 18-cı pillədə qərarlaşıb. TOP-100-ə düşən digər şahmatçılarımız isə, 2512 xalla Aydın Süleymanlı 41-ci, 2470 xalla Abdulla Qədimbəyli 70-ci və 2449 xalla Məhəmməd Muradlı 91-cidir.

Gənclərin reytinq sıralamsına isə 2759 xalla 17 yaşlı Əlirza Firuzca başçılıq edir. Rusiyalı Andrey Yesipenko iknci, iranlı Amin Tabatabai isə üçüncü pillələrdə qərarlaşıblar.

20 yaşasdək qızların TOP-100 siyahısında da iki perspektivli şahmatçımız yer alır. Onların arasında ən yaxşı nəticəyə 19 yaşlı Xanım Balacayeva malikdir. Xanım 2376 xalla dünya reytinq sıralamasında 10-cu pillədə qərarlaşıb. İlk yüzlüklə digər təmsilçimiz isə 2263 ELO xalı ilə 43-cü olan Gövhər Beydullayevadır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu