"Qalatasaray"dan 22-ci çempionluq!


"Qalatasaray"dan 22-ci çempionluq!


Türkiyə Superliqasında XXXIII tura yekun vurulmaq üzrədi. Matc.az saytının məlumatına görə, bu gün 4 qarşılaşma baş tutub.



Mərkəzi oyun "Türk Telekom Arena"da keçirilib. Eyni xalla liderliyi bölüşən "Qalatasaray"la "Başakşəhər" üz-üzə gəlib. Qonaqlar ilk hissədə önə keçmələrinə baxmayaraq, fasilədən sonra 2 qol vuran "Qalatasaray" əzmkar qələbə qazanıb.

Bununla sona 1 tur qalmış zirvəni ələ keçirən "cim-bom" şəxsi oyunlara görə, çempionluğunu rəsmiləşdirib. Bu, "sarı-qırmızılılar"ın ardıcıl ikinci, ümumilikdə isə 22-ci çempionluğu olub.


Türkiyə Superliqası

XXXIII tur

"Akhisar" - "Kayserispor" - 2:2

Reqattin, 37; Manu, 80 - Kravets, 61; Qyan, 90+2

"Bursaspor" - "Göztəpə" - 0:0

"Alanyaspor" - "Çaykur Rizəspor" - 1:1

Sisse, 12 - Muriqi, 64 (pen.)

"Qalatasaray" - "Başakşəhər" - 2:1

Fequli, 47; Onyekuru, 64 - Bajiç, 17



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu