İcra Hakimiyyəti 6 manat kapitalı olan şirkətə 2,3 milyonluq tender verdi



Ağdaş rayon İcra Hakimiyyəti tikintisi işlərinin satın alınması üçün keçirdiyi tenderin qalibini açıqlayıb.



AFN FED.az-a istinadla xəbər verir ki, tenderi "Simmetriya” MMC qazanıb.

İcra hakimiyyəti Ağdaş şəhərində qəzalı vəziyyətdə olan evlərdə məskunlaşmış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi işlərinin satın alınması üçün "Simmetriya” MMC ilə 2 milyon 340 min 195 manat məbləğində müqavilə imzalayıb.

Qeyd edək ki, "Simmetriya” MMC 18 noyabr 2002-ci ildə 6 manat nizamnamə kapitalı ilə yaradılıb. MMC-nin qanuni tamsilçisi Ağa Ağayev Xəqani oğludur. Şirkətin hazırda 3 min 191 manat vergi borcu var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu