İsa Hüseynov yaradıcılığı “Dünya novellası antologiyası”nda


Gürcüstanın “Literary Translators Association of Georgia” (Gürcüstan Ədəbi Tərcümə Assosiasiyası) Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Xalq yazıçısı İsa Hüseynovun gürcü dilinə tərcümə edilmiş “Bir az romantika” hekayəsini elektron kitabxanasına yerləşdirib.



Hekayə eyni zamanda təşkilatın nəşrə hazırlanan “Dünya novellası antologiyası”na daxil edilib.

Əsəri gürcü dilinə tanınmış Azərbaycan yazıçısı, gürcü dili üzrə tərcüməçi İmir Məmmədli çevirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu