Səhhəti pisləşən Əməkdar artist sabah əməliyyat olunacaq


Bir neçə gün əvvəl səhhəti pisləşən Əməkdar artist, İrəvan Dövlət Azərbaycan Dram Teatrının rejissoru Sərvər Əliyev sabah əməliyyat olunacaq.


Bu barədə sənətçi özü məlumat verib.

"Mənəvi dəstək üçün hamınıza minnətdaram. Zənglərinizə cavab verə bilmirəm. Bağışlayın. Bilirəm, narahatsınız. Allah sizdən razı olsun. İnşallah sabah əməliyyat olunacağam. Hələlik klinikanın adını və yerini bildirmək istəmirəm. Allah hamımıza kömək olsun", - deyə o söyləyib.

Qeyd edək ki, həkimlər bundan əvvəl səhhəti pisləşən S.Əliyevə təcili şəkildə açıq ürək əməliyyatı olunmağı məsləhət görüb.

Xatırladaq ki, bir neçə il əvvəl əməkdar artistin ürəyində problem yaranıb. Onun ürəyinə ayrı-ayrı illərdə 3 dəfə stend qoyulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu