Rəisi: “İran dinc nüvə proqramı ilə bağlı geri addım atmayacaq”


“Rəsmi Tehran dinc nüvə proqramına olan hüquqlarını həyata keçirməkdən geri addım atmayacaq”.


AFN.az TASS-a istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi dövlət televiziyasında yayımlanan çıxışı zamanı bildirib.

“İran xalqının nüvə proqramı hüququnun müdafiəsi baxımından geri addım atmayacağıq. Bir daha bəyan edirik: bizim atom sənayemiz dinc xarakterlidir”.

Xatırladaq ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası və ABŞ-ın bu sazişə qayıtması ilə bağlı Vyanada aparılan 8 mərhələli danışıqlarda martın 11-i fasilə elan edilib. Daha əvvəl danışıqların fevralın sonunadək başa çatacağı gözlənilirdi. Təxminən, 20 səhifəlik sənədin mətni razılaşdırılıb. Sənəd sazişin ilkin formasına qayıtmaqla bağlı gələcək tədbirlərdən bəhs edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu