İran XİN: Nüvə sazişi üzrə danışıqlarda irəliləyiş var


Vyanada nüvə sazişi üzrə baş tutmuş danışıqların iştirakçıları ABŞ-ın razılaşma çərçivəsində öz öhdəliklərinə hansı yolla qayıdacağı məsələsində irəliləyişə nail olublar.



“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xatibzadə bildirib.

Diplomat əlavə edib ki, danışıqlar texniki məsələləri əhatə edir: “Diqqətə çatdırmaq istəyirəm ki, nüvə sazişinin özü müzakirə mövzusu deyil”.

S.Xatibzadə bildirib ki, danışıqlar çox çətin gedir: "Çünki İran ABŞ-ın bu dəfə, həqiqətən də, bütün öhdəliklərini yerinə yetirəcəyindən əmin olmalıdır”.

Aprelin 17-də Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə növbəti görüş keçirilib və sazişin yenidən tam yerinə yetirilməsi müzakirə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu