Texasdakı daşqınlarda ən azı 24 nəfər ölüb


ABŞ-ın Texas ştatının müxtəlif bölgələrində təsirli olan güclü yağışlar nəticəsində baş vermiş sellərdə ən azı 24 nəfər həlak olub, bir düşərgədə olan 20 uşaqdan isə xəbər alınmadığı bildirilib.



Sellerin təsir etdiyi ərazilərdən Ker Kaunti şerifi Lari Leyta keçirdiyi mətbuat konfransında hadisələr barədə məlumat verib.



Ştatın mərkəzində yerləşən Ker Kaunti bölgəsində baş vermiş sellər səbəbindən 24 nəfərin həyatını itirdiyini bildirən Leyta "Hazırda hələ müəyyən edə bilmədiyimiz bir neçə nəfər var, axtarışlar davam edir. Bu, ehtimal ki, bir neçə gün çəkəcək" deyib.



Leyta bölgədə "sel xəbərdarlığı" müddətinin uzadıldığını və ölənlərin sayının artmasının mümkün olduğunu əlavə edib.



Ştat rəsmiləri 237 nəfərin xilas edildiyini açıqlayıblar.



Hyustonda keçirilən mətbuat konfransında Texas qubernatorunun müavini Dan Patrik Hill Kaunti bölgəsində düşərgədə olarkən selə qapılan 20 uşaqdan xəbər alınmadığını bildirib: "Bu onların itkin olduğu anlamına gəlmir, bəlkə ağacların üstündədirlər və ya sadəcə əlçatanlıq sahəsinin xaricindədirlər".



Qız uşaqları üçün təşkil olunmuş xüsusi xristian yay düşərgəsində baş vermiş fəlakət səviyyəsindəki sel səbəbindən Texas qubernatorunun müavini Dan Patrik Kamp Mistikdə 14 helikopter, 12 dron və müxtəlif təcili yardım qruplarından 500 nəfərin axtarış-xilasetmə işlərində iştirak etdiyini bildirib.



Texas Milli Qvardiyası sosial media hesabında axtarış-xilasetmə işlərində fəal iştirak etdiklərini açıqlayıb.



ABŞ-ın cənub ştatı Texasda ötən gecə qəfil başlayan güclü yağışlar nəticəsində Ker Kaunti bölgəsində Quadalupe çayı daşaraq ani sel daşqınlarına səbəb olmuşdu.



Texas qubernatoru Qreq Abbott X sosial şəbəkəsində paylaşım edərək dağıdıcı sellərlə mübarizə üçün bütün resursların səfərbər edildiyini bildirib.



Digər tərəfdən, əvvəlki gün ABŞ-ın Nyu Cersi ştatında baş vermiş güclü yağış və fırtına nəticəsində ağacların avtomobillərin üzərinə düşməsi səbəbindən 3 nəfərin həyatını itirdiyi bildirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu