ABŞ-da qasırğalarda 6 nəfər həyatını itirib


ABŞ-ın Şimali Dakota və Nyu-York ştatlarında həftə sonu təsirli olan qasırğalar nəticəsində 6 nəfər həyatını itirib.



Cass dairəsinin şerifi Cessi Kahner keçirdiyi mətbuat konfransında həftə sonu baş verən qasırğaların yaratdığı fəsadlar barədə məlumat verib.



Kahner Şimali Dakota ştatına bağlı Enderlin qəsəbəsi yaxınlığında yaşı 70–80 arası olan 3 nəfərin həyatını itirdiyini bildirib.



Oneida dairəsinin Şerif İdarəsinin açıqlamasına görə, Nyu-Yorkun Klark Mills bölgəsində 6 yaşlı əkizlər də daxil olmaqla 3 nəfər həlak olub.



ABŞ hökumətinə bağlı Milli Hava Xidməti rəsmisi Ceykob Spender bildirib ki, qasırğalar çox sayda ağacı kökündən qoparıb, vaqonları aşırıb və evlərə ziyan vurub.



Qasırğaların sürətinin bəzi yerlərdə saatda 160 kilometrdən çox olduğu qeyd edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu