Qəzzada son 10 gündə 456 fələstinli həyatını itirib


İsrail ordusunun Qəzza zolağına son 10 gündə həyata keçirdiyi hücumlarda 456 fələstinli həyatını itirib.


Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 334 gündür hücumları ilə bağlı məlumat verilib.

Bildirilir ki, İsrail ordusunun Qəzzanın müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi hücumlarda 42 nəfər həyatını itirib, 107 nəfər isə yaralanıb.

Son 10 gündə 456 nəfər həyatını itirib, 930 nəfər isə yaralanıb.

İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 40 min 861, yaralıların sayı isə 94 min 398-ə yüksəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu