İsrailin Qəzza zolağına etdiyi hücumlarda daha 2 jurnalist həlak olub


İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda daha iki fələstinli jurnalist həyatını itirib.



Hökumətin Qəzzadakı Media Ofisindən verilən açıqlamada, İsrailin hücumlara başladığı 7 oktyabr 2023-cü ildən Qəzza zolağında öldürülən jurnalistlərlə bağlı məlumat verilib.

Açıqlamaya görə, Fələstin Televiziyasında çalışan Təmim Əhməd Əbu Muammar və Əl-Əqsa kanalında çalışan Abdullah Mahir əl-Susi adlı jurnalistlər İsrail ordusunun Qəzzada həyata keçirdiyi hücumlarda həyatını itirib.

Bəyanatda fələstinli jurnalistlərin hədəfə alınması və öldürülməsi pislənilib, beynəlxalq ictimaiyyət və təşkilatlardan İsrailin davam edən cinayətlərinə görə beynəlxalq məhkəmələrdə mühakimə olunması, soyqırım, qətliam və jurnalistlərə qarşı sui-qəsd cinayətlərinin dayandırılması üçün İsrailə təzyiq göstərməsi istənilib.

Beləliklə 2023-cü il oktyabrın 7-dən İsrail ordusunun hücumuna məruz qalan Qəzza zolağında öldürülən jurnalistlərin sayı 168-ə yüksəlib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu