Qəzzada ölənlərin sayı 40 min 602-yə yüksəlib


İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 40 min 602-yə yüksəlib.


Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 328 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrində “4 qırğın” həyata keçirdiyi və bu hücumlarda daha 68 fələstinlinin həyatını itirdiyi, 77 fələstinlinin isə yaralandığı bildirilib.

Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu