Braziliyada tropik qasırğa can almaqda davam edir: ölü sayı 40-a çatdı


Braziliyanın cənub bölgəsində həftə sonundan etibarən təsirli olan tropik siklonda həyatını itirənlərin sayı 40-a yüksəlib.


Braziliyada vilayət qubernatoru Eduardo Leite keçirdiyi mətbuat konfransında axtarış-xilasetmə işlərinin Pardo çayı vadisində cəmləndiyini və ölənlərin sayının artma ehtimalının olduğunu bildirib.

Leite həftə sonundan bu yana tropik siklonun səbəb olduğu torpaq sürüşməsi və daşqınlarda 40 nəfərin həyatını itirdiyini, 900-dən çox adamın olduğu Rio Grande do Sul bölgəsində axtarış-xilasetmə işlərinin davam etdiyini deyib. O, 9 nəfərin itkin düşdüyünü qeyd edib.

Rəsmilər Rio Grande do Sul bölgəsində 67 şəhərin şiddətli tufan və daşqınlardan zərər çəkdiyini, 1650 nəfərin evsiz qaldığını, 3 mindən çox insanın müvəqqəti təhlükəsiz yerlərə getdiyini açıqlayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu