Musson yağışları Banqladeşdə 29 nəfərin ölümünə səbəb oldu


Banqladeş hökuməti ölkənin cənub-şərqində təsirli olan musson yağışlarının səbəb olduğu daşqınlarda aralarında uşaqların da olduğu 29 nəfərin öldüyünü, 11 nəfərin isə itkin düşdüyünü açıqlayıb.


Cox's Bazar komissarı Məhəmməd Şahin İmran 480 min insanın daşqınlardan mənfi təsirləndiyi bölgədə 3-ü uşaq olmaqla 16 nəfərin həyatını itirdiyini, 2 nəfərin isə itkin düşdüyünü bildirib.

Bölgədə baş verən daşqınların 14 milyon Banqladeş svopuna (təxminən 128 min dollar) maddi ziyan vurduğu təxmin edilir.

Qeyd edilib ki, Çittaqonq və Koks Bazar arasında sel suları səbəbindən bağlanan avtomobil yolu sular çəkilən zaman açılıb.

Çattogram komissarı Abul Bashar Mohammed Fakhruzzaman da bölgədə 800 minə yaxın insanı öz təsiri altına alan daşqınlarda 13 nəfərin öldüyünü və ən azı 9 nəfərin itkin düşdüyünü bildirib.

Daşqından zərər çəkmiş ərazilərdə axtarış-xilasetmə işləri davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu