Hindistanda güclü yağışlar səbəbindən son 2 gündə 30 nəfər ölüb

Hindistanın şimal-şərqində yerləşən bir çox ştatda təsirli olan musson yağışları səbəbindən son 2 gündə 30 nəfər həyatını itirib.
Hindistanın NDTV kanalının xəbərinə görə, musson mövsümünün başlaması ilə ölkədə yağan güclü yağışlar torpaq sürüşmələrinə və qəfil daşqınlara səbəb olaraq həyat şəraitinə mənfi təsir göstərir.
Rəsmilər bildiriblər ki, ölkənin şimal-şərqində yerləşən Assam, Arunachal Pradeş, Meghalaya, Manipur və Mizoram ştatlarında son 2 gündə 30 nəfər həyatını itirib.
Assam ştatının 12 bölgəsində ən azı 60 min nəfərin hava şəraitindən mənfi təsirləndiyini bildirən rəsmilər ştatın bəzi hissələrində “qırmızı” və “narıncı” kateqoriyalarda həyəcan siqnalı verildiyini qeyd ediblər.
Rəsmilər Assam və Arunachal Pradeş sərhədi yaxınlığında su səviyyəsi artan bir çayda köməksiz qalan 14 nəfərin helikopterlə xilas edildiyini bildiriblər.
Hindistan Meteorologiya İdarəsi (IMD) yaxın günlərdə bölgədə leysan yağışlarının davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.
Hər il iyun-sentyabr ayları arasında təsirli olan musson yağışları ölkədə insan tələfatına və maddi itkilərə səbəb olur.