Hindistanın Assam ştatında daşqınlar nəticəsində 27 nəfər ölüb


Hindistanın Assam əyalətində yağan yağışların səbəb olduğu daşqınlar nəticəsində 27 nəfər həyatını itirib, təxminən 171 min insan isə didərgin düşüb.

Hindustan Times qəzetinin Assam Ştat Fəlakət İdarəetmə Təşkilatına (ASDMA) əsaslanaraq verdiyi xəbərə görə, daşqınlar təxminən 390 min insanın həyatına mənfi təsir göstərib.

Fövqəladə Hallar İdarəsi rəsmiləri daşqınlarda həyatını itirən 27 nəfərdən 7-nin Kərimqanc bölgəsindən olduğunu, Barpeta rayonunda qayığın batması nəticəsində 7 yaşlı uşağın həyatını itirdiyini bildirib.

Assam əyalətinin rəsmiləri qeyd ediblər ki, 17 bölgədə 245 müvəqqəti yardım düşərgəsi yaradılıb.

Rəsmilər bildiriblər ki, 171 minə yaxın köçkündən 15 min 160-ı müvəqqəti yardım düşərgələrinə yerləşdirilib.

Hindistan Meteorologiya İdarəsinin (IMD) açıqladığı məlumatlara görə, Assam əyalətində iyunun 1-dən 19-a qədər yağıntılar mövsümi normadan 50 faiz çox olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu