İspaniya "Qızıl viza" tətbiqinə son qoyur


İspaniyanın Baş naziri Pedro Sançes ölkədə 2013-cü ildən qüvvədə olan və xaricilərə ev aldıqları və ya sərmayə qoymaları halında müvəqqəti və ya daimi yaşayış icazəsi verilməsini nəzərdə tutan “Qızıl viza” tətbiqinin ləğv ediləcəyini açıqlayıb.



Sevilyada keçirilən tədbirdəki çıxışında Sançes aprelin 9-da keçiriləcək həftəlik Nazirlər Şurasının iclasında "Qızıl Viza" tətbiqinin ləğvi ilə bağlı qərarın veriləcəyini açıqlayıb.

2013-cü ildə o dövrdə hakimiyyətdə olan sağçı Xalq Partiyasının (PP) başlatdığı təcrübənin ləğvi ilə bağlı Mənzil Nazirliyi tərəfindən hazırlanan hesabatın sabah Nazirlər Kabinetində müzakirə ediləcəyini ifadə edən Sacnhez, yeni qərarın əhatə dairəsi və onun qüvvəyə minmə tarixi haqqında məlumat paylaşmayıb.

İspaniya hökuməti "Qızıl viza" müraciətinin təsiri ilə ölkədə sürətlə artan mənzil qiymətlərini nəzarət altına almağı hədəfləyərkən, Sançes "Mənzilin spekulyativ bir iş deyil, haqq olması üçün lazımi tədbirləri görəcəyik" deyib.

2013-cü ildə yaşadığı iqtisadi böhran səbəbiylə xarici sərmayəçilərin rahatlıqla yaşayış icazəsi ala bilməsini təmin edən "Qızıl Viza" tətbiqini keçən İspaniya, indiyə qədər bu fürsəti ən az iştirak edən İspan şirkətlərinin səhmlərinə investisiya etmək üçün təklif etmişdir. Sözügedən viza tətbiqi İspaniyada bir bank hesabında ən az 1 milyon avro saxlamaq, ən azı 500 min avro dəyərində bir iş qurmaq və ya daşınmaz əmlak almaq müqabilində verilirdi.

İspaniyada “Qızıl viza”dan yararlananların 96 faizi bunu daşınmaz əmlak alaraq həyata keçirərkən, bundan faydalanan xarici vətəndaşların siyahısına baxıldığında Çin, Rusiya, İran, ABŞ və Venesuela ilk beşlikdə yer alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu