Cənubi Qərbi Qafqaz Hökuməti və Naxçıvan- ARXİV(III yazı)


Cənubi Qərbi Qafqaz Hökuməti və Naxçıvan-


Milli təşkilatlanmanın, türk ordusunun çəkilməsi ilə düz mütənasib olaraq xaricdən içəriyə doğru yayıldığını söyləmək daha uyğun olar.
29 oktyabr 1918-ci ildə 9-cu ordu komandanı Yaqub Şevki Paşa və III firqə komandanı Xalid bəyin yardımları ilə Axıska Hökuməti Müvəqqətiyəsi quruldu.


Əvvəli BURADA:

Cənubi Qərbi Qafqaz Hökumətinin 01 fevral 1919-cu il tarixli “Hüdudnamə”sinə görə sərhədləri belə idi:
Qars, Ardahan, Batumi, Kağızman, Oltu (Şənqaya rayonu ilə birlikdə), Naxçıvan, Artvin, Borçka, Murqul, Çürüksu, Acara-i Ulya (Yuxarı Acara), Acara-i Süfla (Aşağı Acara), Ardanuç, Şavşat, Posof, Axıska (Azqur, Koblıyan və Xırtış ilə birlikdə), Axılkələk, Çıldır, Ağbaba, Şuragəl, Zarşad, Pənək, Sarıqamış, Xorasan (Aşağı Pasininlə birlikdə Qaraurqan bucağı), Diqor, Sürməli(İğdır, Qulp/Duzluca və Aralıq rayonları kimi Arazın sağındakı yerlər), İğdır, Şərur, Şahtaxtı, Yengicə, Culfa, Ordubad vilayət, sancaq və qəzalarından ibarət idi.
Cənubi Qərbi Qafqaz Hökuməti qurulduqdan sonra 1 mart 1918-ci ildə Milli Məclis, yəni parlament açılmışdı. Milli Məclisin “Batumi və Qars vilayətləri, Axıska və Sürməli qəzaları ilə böyük hissəsi müsəlmanlardan ibarət olan Axılkələk və Üçməidzin (Üç Kilsə) qəzalarının qərb hissələrini də əhatə edən Cənubi Qərbi Qafqaz Dövləti müstəqil bir dövlətdir. Qurucu Məclis toplanana qədər bu torpaqlar üzərində respublika elan edilmişdi.
Milli Məclis Batumi, Qars və Ardahan xalqının daha əvvəl Türkiyəyə qatılmaq qərarından da vazkeçmədi. Ayrıca öncəki plebisit/xalq səsverməsi nəticələrinin qəbul edilməsi və ya sülh konfransının yenidən plebisitə baş vurmaq qərarının alındığı təqdirdə Milli Məclis plebisitin Sürməli və Eçmiədzin ilə Axılkələkin qərb hissələrində də həyata keçirilməsini arzu edir” şəklinədki qərarı şübhəsiz ingilislərin və ermənilərin xoşuna getməmişdi. Çünki daha əvvəllər sadəcə Qars, Ardahan və Batumidə təşkil edilən referendumun Sürməli, Üçməidzin və Axılkələkdə də keçirilməsinin istənməsi bölgənin türk bölgəsi olduğundan nə qədər əmin olunduğunu göstərməsi baxımından da önəmlidir.

Cənubi Qərbi Qafqaz Hökuməti dirəniş göstərir

Əvvəllər Qars Milli İslam Şurası, sonra da Cənubi Qərbi Qafqaz Hökuməti üzərində təzyiqləri artıran ingilislər, Qars Hərbi Valiliyinə Temperleyin yerinə general Verney Asseri təyin edərək siyasətini daha da sərtləşdirdi.
General V.Asserin Cənubi Qərbi Qafqaz Hökumətinə verdiyi 12 maddəlik sərt notada Milli Şuranın Cənubi Qərbi Qafqaz Hökuməti adını işlətməyərək sadəcə Qars ilə maraqlanması, Batumi və Naxçıvan ilə qətiyyən əlaqə və xəbərləşmənin olmaması xüsusilə yer almışdı. Ancaq Cənubi Qərbi Qafqaz Hökuməti eyni gün notaya rədd cavabı vermişdi.
General Asserin israrla Hökumətin Cənubi Qərbi Qafqaz Hökuməti adını daşımamaq və Qarsdan başqa digər bölgələrə qarışmamalarını ifadə edən 3 maddəlik ikinci notasına Cənubi Qərbi Qafqaz Hökuməti rəisi Cahangiroğlu İbrahim bəyin cavabı isə belə olmuşdur: “Birinci maddəyə cavab: Hökumətimizə yazırsınız ki, Cənubi Qafqaz Hökuməti adını qaldırmaqla başqa ad alaq. Qars Vilayətindən başqa yerlərə qarışmayaq. Əfəndim! Bu yazdığınızdan mütəəssir olduq. Biz adil tanınmış olan ingilis dövləti fahiməsinin bizə qarşı bu dərəcə məntiqsiz hərəkətdə bulunacağını heç düşünməmişdik. Sizin daxili işlərimizə qarışmanıza təəccüb etdik. Cənubi Qərbi Qafqaz Hökuməti adını millət vermişdir, yenə də millət istəsə başqa ad təhvil verər. Digər vilayətlərə qarışmaq xüsusuna gəlincə, Naxçıvan və Batumi özləri hökumətimizə könüllü qatılmışdır. Hətta rus hökuməti zamanında Batumi və Qars seçimi bir yerdə olurdu. Bundan 44 il əvvəl Qars və Batumi Türkiyədən alınmış yerlərdir. Batumi və Qars əhalisi eyni millət və cinsdəndir. Bundan başqa ailəvi rabitələri çoxdur. Elə ailələr var ki, bir qardaş Qarsda, digəri də Batumidədir. Necə olar ki, biz bir-birimizdən ayrılaq. Siz bura gəldiyiniz zaman bizim daxili işlərimizə qarışmayacağınızı hökumətiniz adına bildirmişdiniz və biz ingiliz hökumətinin məmurlarını belə qəbul etdik. Demək ki, hökumət adına söz verən general Piç (Beach) yalan söyləmişdir”. Cavab məktubunun davamında ingilislərin erməniləri Qarsa gətirib yerləşdirmələri və ya onlara Qars sərhədində yer göstərilməsi təkliflərini də haqlı səbəblər göstərib qəti surətdə rədd etmişdir.
Qafqazdakı ümumi ingilis komandanı general Tompson 4 aprel 1919-cu il tarixində general Davieni İrəvan, Qars vilayəti, Naxçıvan bölgəsi və Borçalı tərəfsiz bölgəsindən məsul rəhbər təyin etmişdi. General Davieyə verilən təlimatda xüsusilə bölgəni maraqlandıran məsələlər bunlar idi:
Qars Vilayəti və Naxçıvan bölgəsinin Paris Sülh Konfransı qərarına qədər erməni hökumətinin tabeliyinə verilməsi, Qars Şurasının ən qısa zamanda dağıdılması və liderlərinin sərhədlərdən kənara məcburi çıxarılması, ən adi bir şübhədə türklərin həbs edilib Tiflisə göndərilməsi, yuxarıdakı hazırlıqların 30 aprelə qədər tamalanması, ingilis əsgərlərin çəkilərək yerlərini erməni hökuməti və bir missiyaya buraxılması yönündə idi.

İngilislərin erməni muzdluları

Həmin vaxt Qarsa 2500 erməni silahlısı gətirən ingilislər 13 aprel 1919-cu il tarixində Qarsı işğal edib Cənubi Qərbi Qafqaz hökumətini dağıtdılar. Hökumət başqanı Cahangiroğlu İbrahim bəy ilə birlikdə 12 hökumət üzvünü də həbs etdilər. İngilislər Cənubi Qərbi Qafqaz Hökuməti üzvlərini Tiflis-Batumi-İstanbul yolu ilə Maltaya sürgün etdilər.
Cənubi Qərbi Qafqaz Hökumətinin xarici işlər naziri olan Piroğlu Fərxrəddin bəy, hökumətinin hər cür mənfəətinin təmini üçün 03 mart 1919-cu ildə Ərzuruma gəldikdən sonra 17 aprel 1919-cu il tarixli bir “İntibahnamə” yayınlamışdı. 1000 ədəd çap etdirilərək xalqa, bütün böyük tayfa rəislərinə və Müdafa-i Hüquq-i Milliyə Cəmiyyətlərinə göndərilən bu intibahnamədə Əlviyə-i Səlasə xalqının əsarət illərindən etibarən yaşadıqları, mücadilələri və Cənubi Qərbi Qafqaz Hökumətinin məqsədləri ifadə edilirdi. Elə bu intibahnamədə mərkəzi Qars olan Cənubi Qərbi Qafqaz Hökumətinin sərhədlərindən bəhs edərkən Naxçıvan, Sürməli, İğdır, Şərur, Şahtaxtı, Yengicə, Culfa və Ordubad da sərhədlər içində bildirilirdi.
Bütün bunlar Əlviyə-i Səlasə ilə Naxçıvan və çevrəsinin erməni istila və zülümlərinə qarşı bir-birindən ayrılmaz bir bütünlük içində mücadilə etdiklərini göstərirdi.
Cənubi Qərbi Qafqaz Hökumətinin dağılması, torpaqlarının ingilislərin köməyi ilə ermənilər tərəfindən işğalından sonra ermənilərin Qafqaziyada türklərə etdikləri zülüm və soyqırım hər gün keçdikcə artmışdı.
Kazım Qarabəkir Paşanın 11 iyul 1919-cu il tarixində Hərbiyə Nəzarətinə göndərdiyi yazısında ingilis polkovnik-leytenantı Ravlinsonun da bunu təsdiq etdiyi bildirilmişdir. Kazım Qarabəkir Paşa daha sonra 19 iyul və 25 iyul tarixli şifrələrində də ermənilərin Qars, Naxçıvan və Kağızman ərazilərində xalqa qarşı etdikləri zülmün artdığını təkrar etmişdi.
Ermənilərin Qarsdan Naxçıvana qədər uzanan bütün Qafqaziyadakı zülüm və soyqırım hərəkatı Türkiyə Böyük Millət Məclisinin (TBMM) Şərq Hərəkatına qədər davam etmişdir.

Növbəti yazı: Ərzurum Konqresi, Əlviyə-i Səlasə və Naxçıvan
Qaynaq: atam.gov.tr. prof.Esin Derinsu Dayı



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45