Prezident Əhməd İsmayılova yeni vəzifə verdi - SƏRƏNCAM


Prezident İlham Əliyev Əhməd Məhəmməd oğlu İsmayılovun Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.



AFN məlumatına görə, sərəncamda deyilir:

"Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilsin".

Qeyd edək ki, 6 aprel 1980-cı ildə Bakı şəhərində anadan olub. 1987-1997-ci illərdə Bakı şəhəri 54 saylı tam orta məktəbdə təhsil alıb. 2002-ci ildə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə magistr dərəcəsi alıb.

Əmək fəaliyyətinə 2002-ci ildə Bakı Neft Energetika Kollecində müəllim olaraq başlayıb. 2004-2005-ci illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının Vətəndaş və siyasi hüquqların müdafiəsi sektorunda böyük məsləhətçi işləyib. 2005-2008-ci illərdə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

2008-2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2011-2018-ci illərdə isə Aparat rəhbəri vəzifəsində işləyib. 2018-2020-ci illərdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində çalışıb.

2009-2015-ci illərdə Yeni Azərbaycan Partiyasının "Dənizçilər” ilk ərazi təşkilatının sədri olub. 2019-cu ildən Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin ekspertidir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 aprel tarixli 1969 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilib.

Ailəlidir, 1 övladı var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu