90 min nəfərə qanunsuz ödənən vəsaitlər büdcəyə necə qaytarılacaq? – Nazirlik cavabdan yayınır


Əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev bu günlərdə mediaya açıqlamasında bildirib ki, ölkədə 90 min nəfərin pensiyası saxta olduğu üçün ləğv edilib.


Nazirin açıqlaması maraqlı suallar meydana çıxarıb: 90 min saxta əlilliyə görə neçə nəfər işçi, məmur məsuliyyətə cəlb edilib? 90 min nəfərə indiyədək nə qədər qeyri-qanuni ödəniş edilib? Bu ödənişin aqibəti necə olacaq: büdcəyə qaytarılma mexanizmi varmı? Təəssüf ki, bu məsələlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə AFN-in ünvanladığı sorğuya verilən cavablar tam deyil.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, əlilliyin qiymətləndirilməsinin tam şəffaflaşdırılması əsassız əlillik təyinatlarına yol verilməməsi və saxta təyinatların aşkar edilərək ləğv olunması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən son illərdə aparılan islahatların hədəflərindən biridir: “Hazırda Azərbaycanda əlilliyi olan şəxslər əhalinin 6 afizini təşkil edir. Buna baxmayaraq, pensiya sistemində əlilliyi olan şəxslərin payı 30 faizdir. Əgər beynəlxalq təcrübəyə nəzər salsaq görərik ki, bu göstərici digər ölkələrdə olduğundan (12-20%)xeyli çoxdur. Bu isə uzun illər əlillik məsələsindən sui-istifadə edildiyini, haqsız qazanc əldə etmək üçün saxta yollarla əlillik rəsmiləşdirildiyini göstərir. Araşdırmalar əsasında saxta olduğu müəyyən edilən və bu səbəbdən ləğv edilmiş əlilliyə görə pensiya işlərinin böyük hissəsi məhz aylıq 1000 manatdan yuxarı olan pensiya işləridir. Həmin əlillik təyinatlarının ləğvi nəticəsində qənaət edilmiş vəsaitlər də elə həssas əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin sosial təminatlarının gücləndirilməsinə yönəldilir. Saxta əlillik, pensiya işlərinini ləğv edilməsi yalnız bu il üçün 560 milyon manatdan çox maliyyənin əsassız, qeyri-qanuni istiqamətə axınının qarşısını alır.
Saxta əlillik, pensiya təyin edən məmurların cəzalandırılması məsələsinə gəldikdə isə əlillik, pensiya təyinatında qanunsuzluğa yol verənlər araşdırmalar nəticəsində aşkar edildikcə, müvafiq materiallar araşdırma və hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edilir. Bu barədə ötən dövrdə mediaya da mütəmadi məlumatlar verilib.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu