"İt səsi çıxarsam da, adam kimi yaşaya bilmirəm" - Prezidentə müraciət edən aktyor işdən çıxarıldı


Tanınmış dublyaj aktyoru, rejissor Kamal Yaşar bu günlərdə Prezident İlham Əliyevə etdiyi qeyri-adi müraciəti ilə gündəmdədir.


Müxtəlif obrazların səsi ilə ölkə başçısına müraciət edən sənətçi sosial vəziyyətinin ağırlığından şikayətçidir. O, həmçinin dublyaj sahəsində mövcud olan problemlərdən söz açmış, yeni dublyajçıların tapılıb inkişaf etdirilməsi istiqamətində heç bir addımın atılmadığını bildirmişdi. "Mən çoxlu filmlər səsləndirmişəm. Hətta it səsi çıxarsam da, adam kimi yaşaya bilmirəm. Bizim adımız heç it dəftərində də yoxdur. Bizim heç nazirimiz də yoxdur, olanda da ona əlimiz çatmayıb" - deyən Kamal Yaşar dublyaj aktyorlarının qazancının çox az olduğunu bildirmişdi.

Təəssüf ki, bu müraciətindən sonra aktyorun "Mədəniyyət" TV-də müəllifi və aparıcısı olduğu “Kinokitab” layihəsinin dayandırılıb. "Televiziyada müəllifi və aparıcısı olduğum veriliş dayandırıldı! Bu, məhz bu gündə, milli televiziyanın yarandığı tarixdə (14 fevral) baş verdi. Təşəkkür edirəm”, - deyə aktyor bu barədə özünün sosial şəbəkə hesabında bildirib.

Onun müraciətini BURADAN izləyə bilərsiniz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu