ABŞ-da COVID-19-dan gündəlik ölüm sayında rekord qeydə alındı


ABŞ-da koronavirusdan ölənlərin sayı pandemiya dövründə ikinci dəfə dörd min nəfər göstəricini keçərək 4 327-yə çatıb.


“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu federal və yerli hakimiyyət orqanlarının, habelə medianın və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat verib.

ABŞ-da ilk dəfə bir gündə ölən koronavirus xəstələrinin sayı yanvarın 8-də dörd min həddini aşmışdı, o zaman 4 085 ölüm halı qeydə alınmışdı.

Universitetin məlumatına görə, son 24 saat ərzində həkimlər ABŞ-da 215 805 nəfərdə COVID-19 virusu aşkar ediblər.

Universitetin hesablamasına görə, pandemiya başlayandan ABŞ-da 22,8 milyondan çox koronavirusa yoluxma hadisəsi qeydə alınıb, 380 mindən çox adam ölüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu