Vəziyyəti ağırlaşan sabiq icra başçısı vəfat etdi - YENİLƏNİB


İsmayıllı rayonunun sabiq icra başçısı Mirdaməd Sadıqov vəfat edib.



AFN APA-ya istinadən məlumatına görə, bir müddət əvvəl Bakıdakı xəstəxanalardan birinə yerləşdirilən M.Sadıqov bu gün dünyasını dəyişib.

13:41

İsmayıllının sabiq icra başçısı Mirdaməd Sadıqovun səhhəti ağırlaşıb.

Qafqazinfo-nun məlumatına görə, M. Sadıqov hazırda Bakıda xəstəxanaların birində müalicə olunur. O, aparata qoşulu vəziyyətdədir.

Qeyd edək ki, bir müddət əvvəl M. Sadıqov koronavirusa yoluxub, sağaldıqdan sonra səhhətində əlavə problemlər yaranıb.

Bildirək ki, 71 yaşlı eks-icra başçısı 2013- cü ildən 2020-ci ilə qədər İsmayıllı rayonuna rəhbərlik edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu