"Arsenal" müdafiəçisi ilə vidalaşdı


İngiltərə "Arsenal"ı futbolçusu Sokratis Papastatopulosla yollarını ayırıb.



"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi yunanıstanlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Qeyd edək ki, 33 yaşlı oyunçu "Arsenal"a 2018-ci ildə Almaniyanın "Borussiya" (Dortmund) klubundan keçmişdi. O, 69 oyunda "topçular"ın formasını geyinib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu