Sabiq nazir müavini vəfat edib


Görkəmli inşaatçı-mühəndis, sabiq nazir müavini Qurban Xanoğlan oğlu Əliyev qəflətən ürək tutmasından vəfat edib.



Qurban Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olub. İş fəaliyyətinə yol təmir və tikinti trestində baş mühəndis kimi başlayıb. 1974-cü ildən Azərbaycan Avtomobil Yolları Nazirliyində işləyib. 1989-cu ildən 1993-cü ilə qədər nazirin birinci müavini - nazir vəzifəsini müvəqqəti icra edib. Sonra 1993-cü ildən 2004-cü ilədək Azərsənayetikinti Dövlət Şirkətində vitse-prezident, Azərsənayetikinti Səhmdar Cəmiyyətində sədrin birici müavini vəzifəsində, 2006-2008-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində baş məsləhətçi vəzifəsində çalışıb və tikinti sahəsində yüksək xidmətlərinə görə bir cox mükafatlara layiq görülüb.

Allah rəhmət eləsin!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu