“ABAD”ın departament rəhbəri vəzifəsindən azad edilib


Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") tabeliyində “ABAD” publik hüquqi şəxsin Dekorativ-tətbiqi Xalq Sənətkarlığı departamentinin rəhbəri İradə Əmirəslanova vəzifəsindən azad edilib.



"Report" xəbər verir ki, bununla bağlı "ABAD"ın direktoru Rüfət Elçiyev əmr imzalayıb.

Qurumun Marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin müdiri Ləman Əhmədova "Report"a deyib ki, İ.Əmirəslanova öz istəyi ilə tutduğu vəzifədən azad olunub.

Onun sözlərinə görə, hələlik Dekorativ-tətbiqi Xalq Sənətkarlığı departamentinin rəhbəri vəzifəsinə yeni təyinat olmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu