Tarixçi Dilavər Əzimli dünyasını dəyişdi


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli dünyasını dəyişib.

AFN xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Milliyətçi Demokratik Partiyasının (AMDP) sabiq sədri Qələndər Muxtarlı sosial şəbəkə vasitəsilə yayıb.

Sitat: “Dostlar, çox üzücü xəbər gəldi. Tələbə yoldaşımı, Milli Azadlıq hərəkatından birgə yol gəldiyim, Dilavər Əzimlini, Azərbaycanın nurlu bir alimini, fədakar millət oğlunu itirdik. Millətimizin başı sağ olsun!”

Qeyd edək ki, Dilavər Əzimli koronavirusa yoluxmuşdu, vəziyyəti ağır idi.

Allah rəhmət eləsin!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu