Sürücünü vuran yeniyetmə danışdı - Video


Xırdalan şəhərində avtobus sürücüsünü döyən şəxsə xəbərdarlıq edilərək sərbəst buraxılıb.



DİN-in Mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynov AFN-ə açıqlamasında bildirib ki, aprelin 29-da Abşeron rayonunun Xırdalan şəhəri ərazisində 119 saylı marşrut xətti üzrə avtobusunda sərnişinlə sürücü arasında baş vermiş insidentlə bağlı videogörüntü yayılıb: “Görülmüş tədbirlərlə həmin şəxsin 17 yaşlı Orxan Abbasov olması müəyyən edilib, O, polis idarəsinə dəvət olunub.Orxan Abbasov törətdiyi əməli etiraf edib və peşiman olduğunu bildirib.

O.Abbasovla profilaktiki söhbətlər aparılıb və o, xəbərdarlıq edilərək sərbəst buraxılıb".

O.Abbasov ilkin ifadəsində bildirib ki, avtobusa arxa qapıdan minərkən sürücü qapını bağlayıb: "Həmin vaxt xərçəng xəstəliyindən əziyyət çəkən anamın əli qapının arasında qaldı. Buna görə əsəblərimi cilovlaya bilməyərək sürücünü yumruqla vurdum, səhvimi etiraf edirəm".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu