İqtisadiyyat Nazirliyi tibbi maskaların qiymətinin artmasına münasibət bildirib




İqtisadiyyat Nazirliyi tibbi maskaların qiymətinin artmasına münasibət bildirib.



İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, məlum olduğu kimi, son zamanlar dünyada tibbi maskalara tələbat artıb. Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunur. Bu ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların pərakəndə satış qiymətinə təsir edib:

"Bununla belə, istehlak bazarında baş verən qiymət dəyişiklikləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq araşdırmalar aparılır və qiymətlərdə süni artım müəyyən edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcək".

Məlumata görə, əvvəllər 10 qəpiyə satılan tibbi maskalar hazırda 40-50 qəpiyə satılır. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu