Şəhid sərhədçimiz doğulduğu kənddə torpağa tapşırıldı - FOTO




Şəhid sərhədçimiz 1996-cı il təvəllüdlü Orxan Nazim oğlu Paşazadənin cənazəsi doğulduğu Cəlilabad rayonu Cəfərxanlı kəndinə gətirilərək dəfn edilib.



Dəfn mərasimində Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsinin, Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin doğmaları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Dəfn mərasimində şəhid Orxan Nazim oğlu Paşazadənin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhlarına fatihə oxunub və səhidin doğmalarına başsağlığı verilib.

Şəhidin şərəfinə düzülən fəxri qaravul dəstəsi tərəfindən 3 dəfə havaya yaylım atəşi açılıb. Paşazadə ölümündən sonra "Vətənə xidmətə görə" 3-cü dərəcəli medala layiq görülüb. Şəhidin tabutu üzərində olan üçrəngli bayrağımız və layiq görüldüyü medal atası Nazim Paşazadəyə təqdim edilib.

Xatırladaq ki, ötən gün axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhə­dindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub. Düşmən snayperi tərəfin­dən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb. O, dərhal Qazax Müalicə Dia­qnostika Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu