Azərbaycan Ermənistanın strateji yollarına nəzarəti ələ alır - ŞƏRH


Azərbaycanla Ermənistan sərhədlərinin demarkasiyası məsələsi kritik məqama yaxınlaşmaqdadır. Belə ki, 90-cı illərdə işğal olunmuş Qazax rayonunun 7 kəndinin Azərbaycana qaytarılması məsələsi gündəmdədir. Həmçinin, Naxçıvaın Kərki kəndi məsələsi də müzakirə predmetidir.



Siyasi analitik Nazim Cəfərsoy sərhədlərin demarkasiya məsələsini Azərbaycan üçün vacib sayır. Azərbaycan tərəfinin Ermənistanla sərhədlərin demarkasiyası məsələsinə bu qədər önəm verməsinin səbəbi də qaytarılan ərazilərin strateji önəmi ilə bağlıdır.

Demarkasiya Azərbaycan üçün aşağıdakılar deməkdir:

1. Kərki (Naxçıvan) - Sünik-Bərxudarlı (Qazax) üçbucağında aparılan demarkasiya ilk növbədə işğal edilən ərazilərimizin (kəndlərin) geriyə qayıtmasıdir. Bu, həm də Ermənistanın regionlarını bir-birinə bağlayan strateji kommunikasiya yollarına nəzarəti ələ keçirmək deməkdir. Erməni elitası və mətbuatının bu barədə keçirdiyi ciddi narahatçılıq əsassız deyil. Digər tərəfdən Bərxudarlı kəndi həm də Rusiya (Mahaçqala) - Azərbaycan (Yalama-Bakı-Qazax) - Ermənistan (İncivan-İrəvan) dəmir yolu xəttinin qısa müddətdə işə düşməsi baxımından da önəmlidir. Bu mənada Qazaxdakı demarkasiya işində bizdən əlavə həm də Rusiya çox həvəslidir. İşğaldan azad edilmiş cənub sərhədlərimizdə dəmiryolu çəkilməsi prosesinin daha uzun çəkəcəyini nəzərə alsaq, Qazax - İncivan qatar yolunun Rusiya üçün önəmi daha aydın ortaya çıxar.

2. Azərbaycan - Ermənistan sərhədinin demarkasiyası məntiqi olaraq Laçın koridorunda da dövlət sərhədinin rəsmiləşdirilməsini və Azərbaycan sərhədçilərinin və gömrükçülərinin də burada öz xidməti vəzifələrinə başlaması üçün növbəti güclü əsas və praktiki imkan yaradacaq.

3. Azərbaycan - Ermənistan dövlət sərhədinin demarkasiyası diplomatik və rəsmi mənada İrəvanın Qarabağın Azərbaycan ərazisi olduğunun qəbul etməsi mənasına da gəlir. Paşinyan üçün bu cür metod siyasi baxımdan daha az maliyətli və daha az qalmaqallı bir prosesdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu