Ermənilər Baydenin bəyanataından niyə razı qalmadı?


ABŞ Prezidenti Cozef Bayden ermənilərə verdiyi vədi yerinə yetirdi və 1915-ci il hadisələrini “soyqırım” adlandırdı. Əslində, Ağ Evin rəhbərinin bu açıqlaması gözlənilən idi. Çünki Bayden hələ cavan yaşlarından erməni lobbisinin fəal nümayəndələrindən biri kimi tanınıb. Ona görə də bəlkə də Türkiyə, eləcə də Azərbaycan üçün başlıca problem bu deyil. Rəsmi Ankara Co Baydenin açıqlamasına siyasi cəhətdən hazırlıqlı idi. Hətta ABŞ Prezidenti qondarma erməni soyqırımını tanıyacağını iki gün öncədən Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana demişdi. Bu baxımdan, Türkiyə rəhbərliyi çox güman ki, atacağı cavab addımlarını və ya “B planı”nı əvvəlcədən müəyyənləşdirib.

İndi daha çox müzakirə olunan məsələ Baydenin açıqlamasının doğuracağı siyasi nəticələrlə bağlıdır. Təbii ki, uydurma soyqırım iddiasının tanınması ABŞ-Türkiyə münasibətlərinin növbəti gərgin mərhələyə daşıyacaq. Bu da öz növbəsində, ikitərəfli münasibətlərdə narazılığı artırmaqla yanaşı, bir sıra geosiyasi proseslərə təsirsiz ötüşməyəcək. Baydenin qeyd edilən davranışında təbii ki, türkofobiya elementləri kifayət qədərdir. Onun ermənilərə şəxsi rəğbəti və sevgisi özünü hələ 1992-ci ildə göstərmişdi. Həmin vaxt senator Bayden Azərbaycana qarşı sanksiyanı nəzərdə tutan “Azadlığı Müdafiə Aktına 907-ci düzəliş”in hazırlanmasında və qəbulunda fəal iştirak edib. 2008-2016-cı illərdə Co Bayden ABŞ-ın vitse-prezidenti işlədiyi dövrdə də Türkiyəyə, xüsusilə də Ərdoğan iqtidarına qarşı kəskin mövqe nümayiş etdirib. O, həmin dövrdə Türkiyə ərazisinin parşalanması hesabına Kürdüstan dövlətinin yaradılması ideyasına dəstək verib. Eyni zamanda, Ərdoğan hakimiyyətinə qarşı silahlı müxalifətə keçmiş və ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənin tərəfdarlarına siyasi yardım göstərib. Ona görə də Türkiyə hakimiyyəti 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdinin təşkilatçısı kimi Co Baydeni ittiham etmişdi. Lakin Bayden ermənilərə simpatiyası və anti-türk baxışlarından hakimiyyətdən getdikdən sonra da əl çəkmədi. O, 2019-cu ilin dekabr ayında verdiyi müsahibəsində hakimiyyətə gələcəyi təqdirdə, Ərdoğanı devirmək üçün müxalifətə bütün dəstəyi verəcəyini bildirmişdi. Baydenin bu açıqlaması ciddi qalmaqala səbəb olduğundan o, sonradan fikrinin guya təhrif edildiyinə dair açıqlama verməli oldu. Ancaq Bayden daima türklərə, o cümlədən Türkiyəyə və Azərbaycana qarşı soyuq münasibət sərgiləyib. Səbəbi isə onun erməni diasporası ilə sıx maliyyə və siyasi əlaqələrə mailk olmasıdır. Hətta 2019-cu ildə ABŞ-a səfər edən Ermənistan prezidenti Armen Sarkisyan Co Baydenlə xüsusi olaraq görüşmüş, ondan hakimiyyətə gələcəyi təqdirdə “soyqırım”ı tanımağı xahiş etmişdi. Bayden də öz növbəsində, Sarkisyanin xahişini yerinə yetirəcəyinə söz vermişdi. Bu baxımdan, Bayden ABŞ Prezidenti kimi aprelin 24-də Armen Sarkisyana verdiyi vədə əməl etdi.
Yəni bu problem kifayət qədər subyektiv səbəblərdən qaynaqlanır. Həmin prosesə Demokratlar Partiyası daxilində erməni diasporası nümayəndələrinin və lobbisinin sayca çoxluğu, ABŞ-ın vitse-prezidenti kamala Harrisin ermənipərəst mövqeyi də əlavə təkan verir. Türk diasporasının və lobbisinin zəif fəaliyyəti fonunda Baydenin belə bir addım atacağı gözlənilən idi. Yəqin ki, Türkiyə hakimiyyəti bundan sonra xarici siyasətdə lobbi işinin gücləndirilməsinə xüsusi diqqət ayırmalıdr. 2016-cı ildə Almaniya, Rusiya, 2017-ci ildə Niderland, 2018-ci ildə Fransa, 2019-cu ildə ABŞ Konqresinin uydurma erməni soyqırımını tarixi həqiqət kimi tanıması və nəhayət, Przident Baydenin bu ifadəni işlətməsi Türkiyənin həm beynəlxalq imicinə, həm də geostrateji mövqelərinin zəiflədilməsinə hesablanmış addımlardır. Ona görə də Türkiyə məsələyə ciddi yanaşmalıdır.

Ermənilər Baydenin bəyanataından razı qalmadı...

Co Baydenin qondarma erməni soyqırımı tanımasında obyektivlik elementləri axtarmaq bəlkə də ilk baxışdan, bəziləri üçün qeyri-adi görünə bilər. Lakin ABŞ-ın siyasətinin hər hansı prezidentin subyektiv yanaşması üzərində deyil, strateji dövlət maraqları əsasında qurulduğunu nəzərə alsaq, Baydenin bəyanatanın sırf erməni dostluğundan qaynaqlandığını düşünmək siyasətin realist tələblərinə zidd olardı. ABŞ Prezidentinin açıqlamasına diqqət yetirdikdə, onun ehtiyatlı addım atdığını görmək olar. O, “soyqırım” ifadəsinin keçmişdə baş verənlərə qiymət veriməsi adlandırmaqla Türkiyə ilə münasibətləri korlamaq niyyətində olmadığını nümayiş etdirir. Eyni zamanda, Bayden ermənilərə “məndən bundan artığını gözləməyin” mesajını verir. Yəqin elə bu səbəbədn, Baydenin açıqlaması erməniləri sevindirsə də tam qane etməyib. Çünki Ermənistan ideoloqları daima belə xülya ilə yaşayıb ki, məsələnin açarı ABŞ prezidentinin əlindədir. Əgər İstənilən Amerika Prezidentinin qondarma soyqırımı tanıması ermənilərə Türkiyədən maddi təzminat almağa, türkləri bütün dünyada qatil, özlərini isə məzlum xalq kimi hüquqi cəhətdən sübut etməyə və nəhayət Türkiyəyə qarşı ərazi iddialarını gerçəkləşdirməyə imkan verəcək.
Ancaq Baydenin açıqlamasına diqqət yetirdikdə, onun sadəcə siyasi nitqdən ibarət olduğu və heş bir məcburi qüvvəyə malik olmadığını görmək çətin deyil. Yəni Bayden öz çıxışını zamanı yalnız “erməni soyqırımı” ifadəsi işlədib və bu ümumi siyasi məzmun daşıyıb. ABŞ Preezidenti hətta aprelin 24-də Senatın 2019-cu ildə “soyqırım”ın tanınmasına dair qanunun icrasına dair hər hansı sənədi imzalamayıb. Hətta Ermənistana məxsus “Dördüncü respublika” Teleqram səhifəsində Baydenin sözügedən addımı bir növ narazılıqla qarşılanıb. Ernest Vardayenyan bunun heç bir hüquqi əsası olmadığını bildirir.
Prezident Co Baydenin açıqlaması “soyqırım”ın hüquqi cəhətdən tanınması kimi təfsir edilə bilməz. Bəyanatla (Statement) qanuni akt sayılan Prezident Fərmanı (Order) qarışdırılmamalıdır. Dövlət tərəfindən qanuni tanınma Federal Qanundur. Bu günə qədər prezidentin administrasiyanın mövqeyini əks etdirən konkret açıqlaması var. Qanunun qəbulu üçün əsas ola bilərmi? Əlbəttə. Əgər Bayden niyyətləri barədə ciddi düşünürsə, deməli bu prosesi başlayacaq. Kapitolinin hər iki otağı Demokratlar tərəfindən idarə olunur və bu, siyasi iradə olmasını çox asanlaşdırır.
Göründüyü kimi, ermənilər Baydenin açıqlamasından məyus olub və ümidlərini hadisələrin bundan sonrakı inkişafına bağlayıb. Çünki Baydenin hüquqi qüvvə daşımayan bəyanatı sadəcə bir “Statementdir” və ermənilərə Türkiyəyə qarşı təzminat və ərazi iddiası qaldırmaq üçün əsas vermir. Baydenin çıxışı ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın 1984-cü ildə ötəri şəkildə işlətdiyi “erməni soyqırımı” ifadəsinə bənzədilir. Bu isə ABŞ-ın Türkiyə ilə münasibətlərinə ciddi zərbə vura bilməz. Yəqin elə bu səbəbdən, aprelin 22-də ABŞ və Türkiyə prezidentlərinin telefon söhbəti zamanı Bayden Ərdoğanı “soyqırım” sözünü işlədəcəyinə dair məlumatlandırsa da tərəflər daha çox gələcək əməkdaşlığın perspektivlərindən və mübahisəli məsələlərin birgə həlli yollarının tapılmasından danışıblar. Bayden türk həmkarını sadəcə siyasi bəyanat verməklə kifayətlənəcəyinə, heç bir hüquqi aktı imzalamayacağına əmin edib. Ona görə də hər iki dövlət başçısı iyun ayında NATO-nun Brüsseldə keçiriləcək sammitində görüşmək və mzakirələr aparmaq barədə razılığa gəlib. Əlbəttə, bu görüşün günəliyinin yeganə mövzusunun “soyqırım” məsələsi olacağı inandırıcı görünmür. Tərəflər arasında müzakirə olunmalı daha qlobal və regional əhəmiyyətli mövzular var. Bunlar ABŞ-ın Rusiya ilə münasibətlərinə dair Türkiyənin mövqeyi, Türkiyənin Rusiyadan “S-400” zenit raket komplekslərini alması, ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyalar, Qara dəniz regionunda geosiyasi mövqelərini gücləndirməyə çalışan Vaşinqtonun Ankara ilə əməkdaşlıq imkanlarının tapılması, Yaxın Şərq, xüsusilə Suriya böhranın həlli, NATO-nun gücləndirilməsi kimi strateji məsələlərdir. Ancaq Prezident Ərdoğan bu danışıqlarda yəqin ki, erməni məsələsini diqqətdən kənarda saxlamamağa çalışacaq. Çünki Baydenin bəyanatından sonra regiondakı ermənilər arasında anti-Türkiyə əhval-ruhiyyəsinin artması ciddi təhlükə törədir. Bu baxımdan, erməni məsləsinin Türkiyənin xarici siyasətində ön plana keçməsi Cənubi Qafqazı diqqət mərkəzinə gətirir. Yaxın perspektivdə Türkiyənin Cənubi Qafqazda, o cümlədən Azərbaycanda hərbi-siyasi fəallığının artacağı istisna olunmur. Təbii ki, hadisələrin belə inkişafı son vaxtlar Rusiyanın təzyiqləri ilə üzləşən Azərbaycanın maraqlarına uyğundur.
İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda geosiyasi mövqelərini Rusiyaya uduzan ABŞitirdiyi mövqeləri geri qaytarmaq üçün bir sıra taktiki gedişlər etməyə çalışır. Bu daha çox Qara dəniz regionunda hiss olunur. Ukrayna ətrafında vəziyyətin gərginləşməsi, ABŞ-ın rəsmi Kiyevə hərbi dəstək verməsi də həmin prosesin tərkib hissəsidir. “Pentaqon”un Avropadakı qoşunlarının sabiq komandanı Ben Hocers də bu yaxınlarda Ukrayna mediasına müsahibəsində ABŞ-ın Qara dənizi özünün maraq dairəsi elan etdiyini bildirmişdi. Lakin ABŞ Qara dənizdə Rusiyanın Sevastopolda və Kerç boğazında yerləşdirdiyi hərbi donanmaları, Krım yarımadasındakı “S-400” ZRK-ləri ilə üzləşə bilər. Montrö müqaviləsinə görə, ABŞ hərbi gəmilərinin Qara dənizdə 14 gündən artıq qalmaq icazəsi yoxdur. Rusiya sərhədlərinə ən yaxın müttəfiqlər isə Türkiyə və Gürcüstandır. Türkiyə Qara dənizdə ən güclü hərbi donanmaya malikdir. Lakin ABŞ-Türkiyə münasibətlərində gərginlik davam edərsə, rəsmi Ankara nəinki Qara dəniz hövzəsində Rusiyanın maraqlarını Bayden administrasiyasına güzəştə getməyəcək, üstəlik Amerika gəmilərini Bosfor və Dardanel boğazlarından keçməsinə icazə verməyə bilər. Bu isə Bayden üçün kifayət qədər həssas olan Ukrayna ətrafında Rusiyanın mövqelərinin güclənməsinə səbəb ola bilər.
Gürcüstan hakimiyyətində artmaqda olan fikir ayrılığı və ABŞ-la münasibətlərdə yaranmış fikir ayrılığı rsmi Tiflisin xarici siyasətində qeyri-müəyyənlik yaradıb. Gürcüstanın siyasi böhrana yaxınlaşması onun NATO-ya üzvlük prosesini ləngidir. Əks təqdirdə, NATO-nun Brüssel sammitində Gürcüstanın alyansa qəbul ediləcəyi istisna edilmirdi. O, halda ABŞ həri donanması Gürcüstanın Poti limanında açıqlan hərbi bazada yerləşə bilərdi. Lakin bu qərarın təxirə salınacağı görünür.

Baydenin əsl hədəfi-Türkiyə, yoxsa Ermənistandakı seçkilər?

Bu səbəbdən, ABŞ Qara dəniz regionunda öz üstünlüyünü təmin etmək üçün Türkiyə ilə anlaşmaya getməyə məcburdur. Eyni vəziyyət Cənubi Qafqaza da aiddir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana sülhməramlı qüvvə yerləşdirən Rusiya Cənubi Qafqazın hər üçü ölkəsində hərbi iştirakını təmin edib. ABŞ Qarabağ münaqişəsinin həlli prosesindən kənarlaşdırılıb. Ona görə də ABŞ hazırda Rusiyanı oyundan kənarlaşdırmaq üçün məqbul variantlar axtarır. Bu baxımdan, Bayden administrasiyasının qarşısında iki variant dayanır. Birinci ehtimal Ermənistanda Rusiya tərəfindən dəstəklənən revanşist qüvvələrin qarşısını almaq və Paşinyanın rəhbərliyi ilə Qərbyönümlü qüvvələrin qələbəsini təmin etməkdən ibarətdir. Prosesin belə inkişafı Rusiyanın regiondan sıxışdırılması üçün əlverişli şərait yarada bilər. Bu baxımdan, Baydenin “soyqırımı” tanımasında siyasi hədəf Türkiyədən daha çox Ermənistan-Rusiya münasibətləri idi. Belə ki, ABŞ Prezidenti seçkilər öncəsi erməni elektoratı Qərbin adamı sayılan Paşinyanın xeyrinə yönəldən incə gediş etdi. Rusiyanın bu bəyanatı narazılıqla qarşılaması, Moskva və Bütün Rusiya Patriarxı Kirllin Osmanlıda dini ayrıseçkiliyin və ermənilərə qarşı soyqırımın olmaması barədə açıqalama verməsi, hətta “Sputnik Armenia” İnformasiya Agentliynin Moskvada yaşayan rəhbəri Marqarita Simonyanın da “soyqırım” məsələsini təkzib etməsi təsadüfi deyildi. Rusiya Ermənistan cəmiyyətində Qərbyönlü siyasi coşqunun yaranmasından və mövqelərini itirəcəyindən narahatdır.

ABŞ-ın Cənubi Qafqazda maraqlarını təmin edəcək ikinci qüvvə isə Türkiyədir. Türkiyə NATO-nun üzvü kimi Qərbi bu regionda hərbi cəhətdən təmsil edən və Rusiyanın hesablaşdığı yeganə güc mərkəzidir. Qara dənizdə olduğu kimi Cənubi Qafqazda da Türkiyə ilə əməkdaşlıq ABŞ-a yalnız fayda gətirə bilər. Çünki bu vəziyyət Türkiyədən daha çox ABŞ-a lazımdır. Türkiyə son illər ABŞ-la paralel deyil, müstəqil siyasət yürütməyə üstünlük verir. Bayden administrasiyasının isə Rusiyanı zərərsizləşdirmək üçün NATO-dakı müttəfiqlərinin dstəyinə ciddi ehtiyacı var.

M.Vahidli, AFN



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu