Qızıl və gümüş bahalaşdı
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,16% artaraq, 1 785,3 ABŞ dollarına bərabər olub.
Bu barədə AFN.az birja məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,45% artaraq, 22,44 dollar təşkil edib.