Dünyada təxminən 300 milyon insan narkotikdən istifadə edir


Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) rəhbəri Ğada Fathi Vali dünyada təxminən 300 milyon insanın narkotik istifadə etdiyini və 39 milyon insanın narkotik maddə istifadəsi səbəbindən müxtəlif xəstəliklərdən əziyyət çəkdiyini söyləyib.



Avstriyanın paytaxtı Vyanada bir həftə davam edən Narkotik Maddələrlə Mübarizə üzrə 67-ci Komissiyanın açılışında çıxış edən Vali sintetik və bitki mənşəli narkotiklərdən istifadənin mənfi nəticələrinə və onların ticarətinin bir çox platformalarda, xüsusilə də onlayn rejimdə yayılmasına diqqət çəkib.

Vali narkotik probleminin hər zamankindən daha mürəkkəbləşdiyini və xüsusilə sintetik narkotiklərin bazarda artan payının həm daha ucuz, həm də öldürücü maddələrə çatmağı asanlaşdırdığını bildirib.

Sintetik narkotiklərin artmasının bitki mənşəli maddələrin istifadəsini azaltmadığına diqqət çəkən Vali, son illərdə hüquq-mühafizə orqanları tərəfindən ələ keçirilən kokain miqdarının bu vəziyyəti daha da nəzərə çarpdırdığını, Avropada Belçikanın Antverpen və Hollandiyanın Rotterdam şəhərlərində bu maddədən istifadənin artdığını söyləyib.

Vali narkotik istehsalı və ticarətində yeni modellərin ortaya çıxmağa başladığını və internetin bu mövzuda çox həlledici olduğunu açıqlayıb.

Narkotik ticarətinin Haitidə cinayətkar dəstə zorakılığını artırdığını və Ekvadorda ictimai asayişi təhdid etdiyini bildirən Vali, sintetik narkotiklərin Yaxın Şərqdə yayılmasının Suriyadan Livan və İraqa qədər Yaxın Şərqdə onsuz da mürəkkəb olan vəziyyəti daha da çətinləşdirdiyinə diqqəti cəlb edib.

Dünyada narkotik probleminin sarsıdıcı olaraq davam etdiyini ifadə edən Vali, dünyada təxminən 300 milyon insanın narkotik istifadə etdiyini və onlardan 39 milyondan çoxunun narkotik istifadəsi səbəbiylə müxtəlif xəstəliklərdən əziyyət çəkdiyini qeyd edib.

Maddə istifadəçilərinin müalicəyə çıxışının vacibliyinə diqqət çəkən Vali, dünyada müalicəyə ehtiyacı olan narkomanlardan yalnız 5-dən birinin müalicə ala bildiyini söyləyib.

Vali qeyd edib ki, narkomaniyaya başlama yaşının xəstəliklər və aludəçilik baxımından müəyyənedici faktor olduğunu və UNODC-nin uşaqların və valideynlərin profilaktik proqramlar və təlimlər almasını təmin etmək üçün müxtəlif araşdırmalar həyata keçirdiyini qeyd edib.

Fermerlərə tiryək yetişdirməkdən başqa alternativlərin də təklif edilməsi lazım olduğunu vurğulayan Vali Əfqanıstanda tiryək əkilməsinin qadağan edilməsi səbəbiylə istehsalın yüzdə 95 azaldığını, lakin fermerlərə dolanışıqlarını təmin etmək üçün alternativ təklif edilmədiyini qeyd edib.

Bir həftə davam edəcək proqramda bir çox ölkədən olan nümayəndələr, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Yaşıl Aypara başda olmaqla qurumların rəsmiləri öz işləri ilə bağlı təqdimatlarla çıxış edəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu