Abşeronda gənc qadın qısqanclıq zəminində öldürüldü

Hadisənin Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində baş verməsi məlum olub.
Bildirilib ki, iyulun 27-si saat 02 radələrində Zaqatala rayon sakini 1993-cü il təvəllüdlü Məhəmməd Ramazan oğlu Daşdəmirov kirayədə yaşadığı Aşağı Güzdək qəsəbəsindəki evdə qısqanclıq zəminində həyat yoldaşı 2002-ci il təvəllüdlü Günay Rövşən qızı Məmmədovanı boğaraq öldürüb.
M.Daşdəmirov hadisədən sonra könüllü olaraq Zaqatala RPŞ-yə gedib və polisə təslim olub.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
***
Bakıda qətl hadisəsi baş verib.
AFN.az “Oxu.Az”a istinadən xəbər verir, 22 yaşlı Günay Məmmədova qətlə yetirilib.
Onun qətlində həyat yoldaşı şübhəli bilinir.
Mərhumun iki azyaşlı övladının olduğu qeyd edilib.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Qeyd edək ki, G.Məmmədova əslən Salyan rayonundandır.