Bakıda qadın qətlə yetirildi: Əri polisə təslim oldu


Mayın 10-da saat 12:30 radələrində paytaxtın Sabunçu rayonunda evlərin birində 1983-cü il təvəllüdlü Quliyeva Sevinc Fəxrəddin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevanın həyat yoldaşı 1977-ci il təvəllüdlü Zöhrab Quliyev Quləli oğlu könüllü polisə təslim olub.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu