NBC: Pentaqon rəhbəri istefa verə bilər

ABŞ-ın müdafiə naziri Pit Heqset gələn il Tennessi ştatının qubernatorluğuna namizədliyini irəli sürməyi düşünür.
AFN.az xəbər verir ki, bu barədə "NBC News" mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, bunun üçün o, Pentaqonun rəhbəri vəzifəsini tərk etməli olacaq.
Məlumata görə, Heqset son üç həftə ərzində namizədliyini irəli sürmək və seçki kampaniyasına başlamaq imkanlarını ciddi şəkildə müzakirə edib. Pentaqonun qaydalarına əsasən, Heqset qubernator postuna namizəd olmaq üçün müdafiə naziri vəzifəsindən istefa verməlidir. "NBC News" qeyd edir ki, bu, ABŞ Müdafiə Nazirliyinin rəhbərliyində ən böyük dəyişiklik olacaq.
Müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell kanala verdiyi şərhdə bu məlumatı təkzib edib və bildirib ki, “Heqsetin diqqəti yalnız Prezident Trampın rəhbərliyi altında xidmət etməyə davam edir.”
"NBC diqqət üçün o qədər ümidsizdir ki, yenidən uydurma hekayə satır. İki mümkün nəticə var: ya kanalın mənbələri uydurmadır, ya da onların müxbirləri aldadılıb", - deyə Parnell əlavə edib.